Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib

0

  • ​"Kəssə hər kim töklən qan izini,​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Qurtaran dahi odur yer üzünü"​ ​ ​ ​ ​ Bu gün doğrudan da dünyada siyasi baxımdan böyük bir əngərləmə, böyük bir çalxalanma hökm sürür. Pandemiyadan sonra dünyanı bürüyən iqtisadi böhrandan sonra hərə bu çətin vəziyyətdən məyyən bir formada qurtarmğa çalışır. Bütün bunları Rusiya - Ukrayna müharibəsindən, Amerika - Çin münasibətlərindən və bir çox digər hadisələrdən aydın şəkildə sezmək mümkündür. Ölkəmiz də dünyanın bir parçası olaraq dünyada yaranmış mövcud situasiyadan yan keçməyib. Azərbaycan həm pandemiyadan əziyyət çəkmiş, həm də erməni təcavüzü nəticəində 30 ilə yaxın işğal altında qalan torpaqlarını əks hücuma keçərək 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad etmişdir. Ancaq bir çox ölkələrdən , o cümlədən dünyanın böyük "güclərindən" fərqli olaraq , ölkəmiz hazırkı iqtisadi və siyasi böhrandan sülh yolu ilə çıxmağın tərəfdarı olduğunu dəfələrlə bəyan etmişdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 12 sentyabr 2022 - ci il tarixdə Qırğızıstan respublikasına səfərini başa vuran Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6 - cı Zirvə Toplantısında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasına işgüzar səfərə gəlmişdir. Burada yüksək səviyyədə qarşılanan Azərbaycan Prezidenti əvvəlcə Qazaxıstan Prezidenti Kasım - Jomert Tokayevlə görüşmüş, iki qardaş ölkə arasındakı münasibətlər barəsində fikir mübadiləsi etmişlər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Daha sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Zirvə Toplantısında iştirak etmişdir. Toplantıda çıxış edən İlham Əliyev əsas diqqəti Cənubi Qafqazda, o cümlədən dünyada sülhün bərqərar olması məsələlərinə və Ermənistan - Azərbaycan münasibətlərinin hazırkı durumuna yönəltmişdir. O, qeyd etmişdir ki , ində Azərbaycan üçün ən önəmli məsələlərdən biri də kommunikasiyaların açılmasıdır ki , bundan da həm Ermənista, həm də ümumilikdə dünya dövlətləri böyük fayda görəcəkdir. Ona görə də birinci növbədə​ region dövlətləri kommunikasiyaların açılmasında maraqlı olmalı, bu prosesə heç bir əngəl yaratmamalıdırlar.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Bölgədə sülh yaratmaq üçün ilk növbədə Azərbaycanla Ermənistan bir - birlərinin ərazi bütövlüyünü tanımalı, iki ölkə arasında sərhədlərin delimitasiyası və demorkasiyası prosesinə başlanılmalı, kommunikasiyalar açılmalıdır. Lakin Ermənistan yenə də əvvəllər olduğu kimi bu prosesləri ləngitməyə, yenə də haradansa təlimat almağa, mövcud vəziyyətdən hər hansı bir pay çıxarmağa çalışır. Sərhədlərin dəqiq müəyyən edilmədiyindən istifadə edən Ermənistan yenə də öz köhnə şakərindən əl çəkmir, revanşist xülyalarla yaşayır, ordumuzun mövqelərini ara - sıra atəşə tutmaqla dünyanın diqqətini yenə də bu regiona yönəltməyə çalışır. Ancaq onlar bir şeyi unudurlar ki, Dəmir yumruq yerindədir, istənilən anda düşmənin başına enməyə hazırdır. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Zirvə Toplantısındakı çıxışı bir daha onu göstərdi ki , ölkəmiz Cənubi Qafqaza sülhün, əmin - amanlığın gəlməsində israrlıdır və bunun üçün bütün imkanlardan istifadə edəcəkdir. Artıq bizə münaqişə yox , sülh və sabitlik lazımdır. Çünki, Ermənistanın bizə zorla sırıdığı Qarabağ münaqişəsindən ən çox əziyyət çəkən də bizik. İndi bizə erməni vandalizminin miras qoyduğu xarabalıqları yenidən qaurmaq , orada dinc, əmin - amanlıq şəraitində yaşamaq lazımdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Yaşasın Azərbaycan!​ ​Qarabağ Azərbaycandır!​ ​ ​ ​ ​ ​Ələddin Əhmədov​, ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib47 dəfə
    Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib

    Maraqlı gələ bilər
    45
    53
    43
    0